Rusiyalı İsveçrəyə - “Qarabağ”ın oyununa “kəşfiyyatçı” göndərib

29 İyul 2022 01:00 Çempionlar Liqası 859
Rusiyalı İsveçrəyə - “Qarabağ”ın oyununa “kəşfiyyatçı” göndərib

“Nümayəndələrimizdən biri İsveçrədə, “Qarabağ”ın oyununda idi. O, rəqibi təhlil etməyə köməklik göstərəcək”.

Sportinfo.az xəbər verir ki, bunu “Ferentsvaroş”un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri olan “Qarabağ” haqqında danışarkən deyib.

59 yaşlı rusiyalı mütəxəssis hələlik yerli çempionatı düşündüklərini bildirib. O, liqadakı ilk matçda yaxşı çıxış etməyin vacib olduğunu vurğulayıb.

“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk oyunu 2 və ya 3 avqustda evdə, cavab matçını isə avqustun 9-da Budapeştddə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq