"Qarabağ" - "Ferentsvaroş": Ədaləti İsveçdən gələnlər qoruyacaq

28 İyul 2022 17:20 Çempionlar Liqası 1 034
"Qarabağ" - "Ferentsvaroş": Ədaləti İsveçdən gələnlər qoruyacaq

Bakıda "Qarabağ" və "Ferentsvaroş" arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti