"Fənərbağça" Çempionlar Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

28 İyul 2022 01:00 Çempionlar Liqası 1 644
"Fənərbağça" Çempionlar Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə daha 6 cavab qarşılaşması keçirilib.

Azərbaycan çempionu "Qarabağ" İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, mərhələ adlayıb. "Köhlən atlar" Bakıdakı ilk görüşdə qələbə qazanmışdı - 3:2.

Türkiyə "Fənərbağça"sı evdə Ukraynanın "Dinamo" (Kiyev) klubuna uduzaraq, mübarizəni dayandırıb.

Macarıstan "Ferentsvaroş"u isə Slovakiyada "Slovan" (Bratislava) kollektivini darmadağın edərək, III raundda "Qarabağ"ın rəqibi olub.

"Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) - 8:0

Qollar: Huqo Vetlesen, 8. Viktor Bonifeys, 22 (p). Amahl Pelleqrino, 25; 55 (p) Ulrik Saltnes, 29. Runar Espoyord, 53; 89. Alfons Sampsted, 74.

İlk oyun - 0:1

"Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) - 2:2 (ƏLAVƏ VAXTDA - 0:1)

Qollar: Maksim Medvedev, 4 (avtoqol). İvan Santini, 90+6 - Kadi Borges, 55. Ovusu Kvabena, 97

İlk oyun - 2:3.

"Malmö" (İsveç) - "Jalgiris" (Litva) - 0:2

Qollar: Matias Kehinde, 35. Renan, 53

İlk oyun - 0:1.

"Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2 (ƏLAVƏ VAXTDA - 0:1)

Qollar: Attilla Szalai, 89 - Vitali Buyalski, 57. Oleksandr Karavayev, 114

İlk oyun - 0:0.

"Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) - 1:4

Qollar: Vernon De Marko, 71 - Frank Boli, 20. Kristoffer Zakariassen, 31. Adama Traore, 89. Aissa Laiduni, 90+5

İlk oyun - 2:1.

"Olimpiakos" (Yunanıstan) - "Makkabi" (Hayfa, İsrail) - 0:4

Qollar: Tyaronn Şeri, 5. Fratsdi Pyero, 61; 65. Məhəmməd Abu Fani, 87

İlk oyun - 1:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti