“Müəyyən gərginlik, təzyiq hiss edirik - "Qarabağ"la oyunda mərhələ adlayacağıq"

27 İyul 2022 18:10 Çempionlar Liqası 922
“Müəyyən gərginlik, təzyiq hiss edirik - "Qarabağ"la oyunda mərhələ adlayacağıq"

“Qarabağ” evdə çox güclü idi. Biz topa daha çox nəzarət etdiyimiz ikinci hissədə daha fəal ola bildik”.

Sportinfo.az xəbər verir ki, bunu “Sürix”in baş məşqçisi Franko Foda deyib.

Almaniyalı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ev oyun barədə danışıb:

“Biz bunu daha da inkişaf etdirmək istəyirik. Evdə aqressiv olmaq, topla davranmaq və imkanlardan effektli yararlanmaq niyyətindəyik”.

Foda komanda üzərindəki yükün ağırlığını da vurğulayıb:

“Avrokubok oyunları olan həftələrdə komanda üzərinə təkcə fiziki deyil, həm də mənəvi yükləmə böyük olur. Qələbə qazansaq, avrokubokların qrupunda yerimizi təmin edəcəyik.

Əlbəttə, həm də Çempionlar Liqasında III təsnifat mərhələsinə adlayacağıq. Biz müəyyən gərginlik, təzyiq hiss edirik.

Amma motivasiyamız da yüksəkdir. Doğma azarkeşlər önündə baş tutacaq evdəki matçı səbirsizliklə gözləyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti