"Bu matçda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq".
Sportinfo.az xəbər verir ki, bunu "Sürix"in qapıçısı Yanik Brexer İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
29 yaşlı qolkiper hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:
"Çempionlar Liqası üçün hələ uzun yol var. Amma hamımız o himni eşitmək istəyirik. Bunun üçün bugünkü qarşılaşmaya uğurlu start verməliyik".
Bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

