"İndi "Qarabağ"a qarşı daha aqressiv oynayacağıq"

27 İyul 2022 00:30 Çempionlar Liqası 787
"İndi "Qarabağ"a qarşı daha aqressiv oynayacağıq"

"Sürix"in baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunu haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, oyunöncəsi keçirilən mətbuat konfransında mərhələni keçməyə iddialı olduqlarıını deyib:

"Qarabağ" evdə çox güclü idi. İkinci hissədə topa sahib olduğumuz zaman xeyli fəallaşdıq. Doğma meydanda daha aqressiv oynamaq və şanslarından səmərəli istifadə etmək istəyirik.

Mərhələni keçmək imkanımız var. Təbii ki, müəyyən gərginlik hiss edirik. Amma azarkeşlərimizin qarşısında daha motivasiyalı oynayacağıq".

Bu gün keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti