Mahirin komandası ÇL-də cavab oyununa çıxır – BU GÜN

26 İyul 2022 15:20 Çempionlar Liqası 864
Mahirin komandası ÇL-də cavab oyununa çıxır – BU GÜN

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Şimali Makedoniyada "Şkupi"nin qonağı olacaq.

Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxan 25 yaşlı forvard cavab matçında da meydana çıxmayacaq.

Digər matçlarda AEK (Larnaka) Kiprdə Danimarka "Midtüllann"ını, "Şerif" Moldovada Sloveniya "Maribor"unu qəbul edəcək.

Həmçinin, Finlandiya HİK-i Çexiyada "Viktoriya" (Plzen) klubu, Bolqarıstan "Lüdoqorets"i İrlandiyada "Şemrok Rovers"lə qarşılaşacaq.

Çempionlar Liqasında II təsnifat mərhələsinin digər cavab oyunları iyulun 27-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda 3:2 hesabı ilə məğlub etdiyi "Sürix"lə İsveçrədə üz-üzə gələcək.

26 iyul

19:30. AEK (Larnaka, Kipr) - "Midtüllann" (Danimarka)

İlk oyun - 1:1

21:00. "Şerif" (Moldova) - "Maribor" (Sloveniya)

İlk oyun - 0:0

21:00. "Viktoriya" (Plzen, Çexiya) - HİK (Finlandiya)

İlk oyun - 2:1

21:30. "Düdelanj" (Lüksemburq) - "Pünik" (Ermənistan)

İlk oyun - 1:0

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 2:2

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Lüdoqorets" (Bolqarıstan)

İlk oyun - 0:3

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti