"Sürix"in futbolçusu Blerim Cemayli İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Franko Foda bildirib.
56 yaşlı mütəxəssis Cemaylinin "Lütsern"lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının II tur oyunundan sonra əzələsində problem aşkarlandığını söyləyib.
Foda 36 yaşlı yarımmüdafiəçinin durumunun tibbi müayinədən sonra bəlli olacağını deyib.
İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

