"İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq"

24 İyul 2022 22:40 Çempionlar Liqası 1 136
"İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq"

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix" İsveçrə çempionatında 2-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda doğma meydanda “Luzern”lə qarşılaşıb.

Matç 0:0 hesabı ilə başa çatıb. "Sürix" 2 turdan sonra 1 xalla hazırda 7-ci pillədə qərarlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında “Sürix”in baş məşqçisi Franko Foda komandasının xüsusən ilk yarım saatdakı oyunundan razı qaldığını deyib:

“Biz bu mövsüm ilk xalımızı qazandıq və qol buraxmadıq. Komandamızın yekunda qalib gəlmək üçün fiziki gücü çatmadı. İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.

“Qarabağ” Bakıdakı ilk görüşdə “Sürix”ə 3:2 hesabı ilə qalib gəlib. Cavab matçı iyulun 27-si İsveçrədə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti