"Qarabağ"ı yaxşı tanımıram, hələlik bu haqda düşünmək ayıbdır"

24 İyul 2022 12:40 Çempionlar Liqası 6 500
"Qarabağ"ı yaxşı tanımıram, hələlik bu haqda düşünmək ayıbdır"

"Slovakiyanın "Slovan" (Bratislava) komandasını keçəndən sonra nəsə demək olar.

Növbəti raunddakı rəqibləri peşəkarcasına təhlil edəcək qədər yaxşı tanımıram".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun futbolçusu Henri Vinqo Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri barədə danışarkən deyib.

Macarıstan çempionu II təsnifat mərhələsində "Slovan"ı mübarizədən kənarlaşdıracağı təqdirdə, "Qarabağ" - "Sürix" (İsveçrə) cütünün qalibi ilə üz-üzə gələcək.

27 yaşlı yarımmüdafiəçi uzaq yoldan qaçmaq üçün İsveçrə təmsilçisinin münasib rəqib olacağını bildirib:

"Hər hansı matça saatlarla səyahət etmək yaxşı deyil. Bu, Azərbaycanda bizi gözləyə bilər. Amma hələlik növbəti komandalar haqqında düşünmək ayıbdır".

"Ferentsvaroş" və "Slovan" arasında iyulun 20-də Macarıstanda keçirilən ilk oyun Slovakiya təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti