"Sürix"in baş məşqçisi bu sözləri ilə “Qarabağ”a nə demək istəyir?

23 İyul 2022 02:10 Çempionlar Liqası 2 826
"Sürix"in baş məşqçisi bu sözləri ilə “Qarabağ”a nə demək istəyir?

"Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Sürix"in baş məşqçisi Franko Foda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

56 yaşlı mütəxəssis ilk hissədə meydanın ən yaxşısı olduqlarını bildirib:

"Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik".

"Sürix" və "Qarabağ" arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək. Sürix təmsilçisi bu matçdan öncə ölkə çempionatının II turunda "Lütsern"i qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti