“Qarabağ” “Sürix”i keçsə, nə qədər qazanacaq? – Qrupa vəsiqənin mükafatı da bəllidir

22 İyul 2022 20:40 Çempionlar Liqası 5 405
“Qarabağ” “Sürix”i keçsə, nə qədər qazanacaq? – Qrupa vəsiqənin mükafatı da bəllidir

Çempionlar Liqası Avropanın ali klub yarışı hesab olunur.

Burada iştirak etmək təkcə nüfuz və təcrübə məsələsi deyil. Çempionlar Liqası həm də qazanc mənbəyidir.

“Qarabağ” 2017/18 mövsümündə sözügedən turnirin qrup mərhələsinə vəsiqə qazanmaqla büdcəsini xeyli yaxşılaşdırmışdı.

Ağdamlıların cari mövsüm üçün hədəfi yenə ÇL-in qrup mərhələsidir ki, bu, kifayət qədər real və mümkün görünür.

“Sürix” səddini keçib, “Ferentsvaroş” – “Slovan” cütünün qalibini də mübarizədən kənarlaşdırmaqla pley-offa vəsiqə qazanmaq mümkündür. Burada isə təcrübə və bəxt amili həlledici ola bilər.

Təbii ki, rəqib “nəhənglər”dən biri olmasa.

Bəs, “Qarabağ”ın hazırkı qazancı nə qədərdir? Və ya nə qədər qazana bilər?

“Köhlən atlar” ilk təsnifat mərhələsində “Legiya”nı mübarizədən kənarlaşdırmağa görə 300 min irəli düşmüşdü. Qurban Qurbanovun yetirmələri “Sürix”ə də eyni aqibəti yaşada bilsə, əlavə 400 min avro büdcəyə “oturacaq”.

Belə deyək, “Qarabağ” iyulun 27-də səfərdə istədiyi nəticəni əldə edib üçüncü mərhələyə vəsiqə qazansa, bu, klubun 700 min avro (təxminən 1,2 milyon manat) irəli düşməsi deməkdir.

UEFA qrup mərhələsinə vəsiqəy görə 15 milyon 640 min avro (təxminən 27 milyon 250 min manat) məbləğində mükafat təyin edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti