"Qarabağ"ın potensial rəqibləri bu gün üz-üzə gəlir - Çempionlar Liqası

20 İyul 2022 15:40 Çempionlar Liqası 830
"Qarabağ"ın potensial rəqibləri bu gün üz-üzə gəlir - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək.

Sportinfo.az xəbər verir ki, növbəti oyun günündə 5 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi "Fənərbağça" Polşada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.

HİK Finlandiyada Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə, "Makkabi" (Hayfa) isə İsraildə Yunanıstan "Olimpiakos"u ilə görüşəcək.

"Qarabağ"ın növbəti raunddakı potensial rəqiblərindən olan "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivini sınağa çəkəcək.

Nəhayət, günün sonuncu matçında Moldova "Şerif"i Sloveniyada "Maribor"un qonağı olacaq.

III təsnifat mərhələsi

İlk oyunlar

20:00. HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)

22:15. "Maribor" (Sloveniya) - "Şerif" (Moldova).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti