Mahir Emruli bu oyuna tribunadan tamaşa etdi - VİDEO

20 İyul 2022 02:30 Çempionlar Liqası 896
Mahir Emruli bu oyuna tribunadan tamaşa etdi - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də oynadığı "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasında yeni mövsümün ilk matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə evdə üz-üzə gəlib.

"Maksimir" stadionunda oynanılan görüş 2:2 hesabı ilə başa çatıb. Komandalar arasında cavab oyunu iyulun 26-sı Şimali Makedoniyada olacaq. M.Emreli zədə səbəbindən sözügedən görüşü buraxıb.

Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində sözügedən duelin zəifi ilə görüşəcək.

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) - 2:2
Qollar:
Queven, 25 (0:1), Ademi, 44 (1:1), Petkoviç, 86 (2:1), Cephas, 89 (2:2)

Hakimlər: Radu Petresku, Radu Cinquleas, Mirça Mixail Qriqoriu, Andrey Antoni (Rumıniya)

"Maksimir" stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti