Çempionlar Liqası: Mahirin komandası üçün yeni rəqiblər

18 İyul 2022 14:30 Çempionlar Liqası 1 831
Çempionlar Liqası: Mahirin komandası üçün yeni rəqiblər

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 10 cütün tərkibi müəyyənləşib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb)Şimali Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Yolu

"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) - "Apollon" (Limassol, Kipr)

"Qarabağ" (Azərbaycan) / "Sürix" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)

"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)

"Maribor" (Sloveniya) / "Şerif" (Moldova) cütünün qalibi - HİK (Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)

"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) - "Jalgiris" (Litva) / "Malmö" (İsveç)

"Srvena Zvezda" (Serbiya) - "Pünik" (Ermənistan) / "Düdelanj" (Lüksemburq)

Liqa yolu
"Monako" - PSV (Niderland)

"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbağça" (Türkiyə) - "Şturm" (Qrats, Avstriya)

"Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)

"Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) / AEK (Larnaka, Kipr)

Bu raundda ilk görüşlər 2-3 avqustda, cavab qarşılaşmaları isə 9 avqustda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti