"Qarabağ" və "Sürix"in... BİLİNDİ

17 İyul 2022 22:40 Çempionlar Liqası 1 567
"Qarabağ" və "Sürix"in... BİLİNDİ

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sürix” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov iyulun 18-i saat 18:45-da "Azersun Arena"da mətbuat konfransında iştirak edəcək.

19:00-da isə "Qarabağ"ın media nümayəndələri üçün açıq olacaq.

"Sürix"in baş məşqçisi Franko Fodanın mətbuat konfransına isə 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda start veriləcək. 18:00-da da media üçün açıq məşq (ilk 15 dəqiqəsi) olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti