Azərbaycan çempionunun kapitanından MARAQLI ETİRAF

3 Sentyabr 2022 11:40 Çempionlar Liqası 1 131
Azərbaycan çempionunun kapitanından MARAQLI ETİRAF

"Biz bura bir qədər genişləndirilmiş heyətlə gəlmişik və məqsədimiz ən yaxşı nəticəni qazanmaqdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında minifutbol üzrə "Beerbaşa" komandasının kapitanı Kamil Məmmədov deyib.

Azərbaycan çempionu dünən EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanaraq, daha bir tarixi nailiyyətə imza atıb.
"Beerbaşa" Rumıniyadaın AEK-i (Oradya) 4:0 hesabı ilə məğlub edib.

Qolları Elvin Əlizadə, Emin Əliyev, Cəfər Cəfərov və Emil Məmmədov vurub. Bununla da komanda 6 xalla B qrupunun lideri olub və 1/8 finala adlayıb.

"Beerbaşa" ilk turda Çexiyanın "La Plate de Kunde" komandasına 1:2 uduzub. Təmsilçimiz daha sonra Bolqarıstandan "DXC Texnoloci"ni 5:1 hesabı ilə məğlub edib.

K.Məmmədov bildirib:

"Bura çempion heyətlə gəlmişik. 15 nəfərik. Minifutbol liqasında çıxış edən başqa komandalardan da bura oyunçular gətirmək olardı.

Ancaq fikirləşdik ki, ötən mövsüm qazandığımız uğurda xidməti keçən oyunçularla Monteneqroda çıxış etmək daha düzgün addımdır.

EMF Çempionlar Liqasında ölkəsinin ən güclü komandaları mübarizə aparır. Biz də Azərbaycan çempionuyuq.

Titul qazanmaq üçün var gücümüzü meydançada qoyuruq. İnanıram ki, bu yolda sonadək gedə biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti