Bu komandalar "Qarabağ"ın ÇL-də potensial rəqibləri oldu

16 İyul 2022 00:30 Çempionlar Liqası 1 462
Bu komandalar "Qarabağ"ın ÇL-də potensial rəqibləri oldu

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. B

u halda rəqiblər "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) və "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin "Apollon" (Limassol" komandası olacaq.

İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti