"Qarabağ"ın ÇL-in III təsnifat mərhələsindəki potensial rəqibləri

14 İyul 2022 12:40 Çempionlar Liqası 1 656
"Qarabağ"ın ÇL-in III təsnifat mərhələsindəki potensial rəqibləri

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda 4 cütdən biri ilə və ya Kiprdən "Apollon" (Limassol) ilə üz-üzə gələcək.

Azərbaycan çempionunun "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.

III təsnifat mərhələsi

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya)

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi

HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

"Jalgiris" (Litva) - "Malmö" (İsveç)

Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)

"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)

"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)

"Apollon" (Limassol, Kipr)

"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)

Liqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya)

"Reyncers" (Şotlandiya)

"Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) cütünün qalibi

PSV (Niderland)

Səpələnməmişlər

"Monako"

"Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi

"Şturm" (Qrats, Avstriya)

"Yunion" (Belçika)

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti