İsveçrədə "Sürix" "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, "Letsiqrund" stadionundakı qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Allard Lindhouta Çarlz Sxap və Roy De Nas laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.
İyulun 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç iyulun 19-da Bakıda olacaq.

