"Qarabağ" qazilərə jest etdi, "panlar"a "divan tutdu" – VİDEO+FOTOREPORPTAJ

13 İyul 2022 09:00 Çempionlar Liqası 2 053
"Qarabağ" qazilərə jest etdi, "panlar"a "divan tutdu" – VİDEO+FOTOREPORPTAJ

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, ilk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb.

"Qarabağ" Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib.

Oyundan öncə qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.

Matçın ilk dəqiqəsində qonaqlar hesabı açsa da, "Qarabağ" 5 qol vuraraq möhtəşəm qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.

Qurban Qurbanovun komandası bu mərhələdə İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.

Komandalar arasında ilk görüş iyulun 20-də Bakıda, cavab matçı bir həftə sonra Sürixdə olacaq. "Lex" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti