Azərbaycan yığmasının hücumçusu Çempionlar Liqasında oynayacaq? - FOTO

28 Sentyabr 2021 18:00 Çempionlar Liqası 1 976
Azərbaycan yığmasının hücumçusu Çempionlar Liqasında oynayacaq? - FOTO

Azərbaycanın U-17 və U-19 yığmalarında forma geyinmiş Berkay Vardar bu gün Çempionlar Liqasında debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, 2003-cü il təvəllüdlü futbolçu əsas komandanın heyətində Niderlanda aparılıb.

Belə ki, “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın yığmamızda çıxış etmiş hücumçunu “Ayaks”la oyun üçün heyətə cəlb edib.

Cari mövsüm “Beşiktaş”ın gənclərdən ibarət komandasının heyətində UEFA Gənclər Liqasında “Borussiya”ya qarşı keçirilən matçda çıxış edən Vardar 2:3 uduzduqları görüşdə 90 dəqiqə meydanda olmuşdu.

Çempionlar Liqasının C qrupunda mübarizə aparan “Beşiktaş” 1-ci turda “Borussiya”ya (Dortmund) 1:2 uduzmuşdu. Bu gün isə onlar 2-ci turda “Ayaks”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?