Premyer Liqa nəhəngi 35 yaşlı qapıçı transfer etdi - RƏSMİ

14 İyul 21:40 İngiltərə 534
Premyer Liqa nəhəngi 35 yaşlı qapıçı transfer etdi - RƏSMİ

“Mançester Yunayted” qapıçı Karl Darlounun transferini rəsmən açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı qolkiper “qırmızı şeytanlar”a azad agent kimi qoşulub.

Tərəflər müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıblar. Anlaşmada müddətin daha bir mövsüm uzadılma bəndi də yer alıb.

İngiltərəli futbolçu ötən mövsüm “Lids”in heyətində İngiltərə Premyer Liqasında 22 oyuna çıxıb, qapısından 27 top buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"