“İnter”in “Liverpul”un yarımmüdafiəçisi Kortis Cons üçün etdiyi yeni təklif də “qırmızılar” tərəfindən rədd edilib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi agentlər vasitəsilə 25 yaşlı futbolçu üçün 32 milyon avro təklif edib.
Ancaq İngiltərə klubu bu təklifi qəbul etməyib.
Bundan əvvəl “İnter” Consu 25 milyon avroya transfer etməyə çalışsa da, həmin təklif də rədd edilmişdi.
“Liverpul” ingiltərəli futbolçunu yalnız 40 milyon avro və ya daha yüksək məbləğ qarşılığında satmağa razıdır.
Yarımmüdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 34 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

