Qırğızıstanın "Ozgon" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
"Səbail"in müdafiəçisi Səbayıl Bağırov karyerasını "Ozgon" klubunda davam etdirəcək.
Bununla da Qırğızıstan təmsilçisində çıxış edən azərbaycanlı futbolçuların sayı 4-ə yüksəlib.
Hazırda "Ozgon"un heyətində yer alan azərbaycanlı futbolçular:
Orxan Əliyev
Ramin Əhmədov
İldar Ələkbərov
Səbayıl Bağırov.
Hər birinə karyerasında uğurlar arzu edirəm.
Liqada legioner limitinin ləğvindən sonra ən doğru qərardır. Yerli klubların minnətini götürə-götürə burada qalmaqdansa Asiyaya getmək ən ideal seçimdir.
Gedin daha yüksək maaşa oynayın, qazanın, gələcəyinizi qurur.
Biz də bəh-bəhlə paylaşaq ki, daha bir azərbaycanlı legioner həyatı yaşamağa yollandı.
Hələ "bu da limitin faydası", "gördünüz də limitin ləğvindən sonra oyunçularımız xaricə gedir" yazanları, danışanları demirəm.
Onsuz da hara getdiyiniz, futbolçu kimi nə qədər inkişaf edəcəyiniz və ən əsası bu köçün ölkə futboluna nə qədər fayda verəcəyi heç kimə maraqlı deyil.
XANOĞLAN / SPORTİNFO.AZ

