İspaniya millisinin baş məşqçisi Luis de la Fuente hesab edir ki, Lamin Yamal 2026-cı il dünya çempionatında hələ öz sözünü deyəcək.
“Barselona”nın hücumçusu mundialda indiyədək gözlənilən məhsuldarlığı nümayiş etdirə bilməyib.
O, keçirdiyi 6 oyunda cəmi 1 qol vurub, məhsuldar ötürmə ilə yadda qalmayıb.
Sportinfo.az xəbər verir ki, Fransa millisi ilə yarımfinal matçı öncəsi keçirilən mətbuat konfransında De la Fuente 19 yaşlı futbolçuya inandığını bildirib:
“Bunu bir daha demək istəyirəm: Yamalın bu dünya çempionatındakı ən parlaq anı hələ qarşıdadır. Ümid edirik ki, bu, Fransa ilə yarımfinalda baş verəcək. Yox, finala yüksəlsək, onda həlledici oyunda”.
İspaniya – Fransa yarımfinal matçı bu gün saat 23:00-da start götürəcək. Dünya çempionatının digər yarımfinalında isə sabah Argentina və İngiltərə milliləri üz-üzə gələcək.

