Daha üç komanda Region Liqasında çıxışını davam etdirəcək - FOTOLAR

12 Oktyabr 2023 09:40 Çempionlar Liqası 2 022
Daha üç komanda Region Liqasında çıxışını davam etdirəcək - FOTOLAR

Ötən mövsüm ölkəmiqyaslı çempionatda qüvvəsini sınamış 3 komanda bu il də fəaliyyət göstərəcək.

Söhbət «Zəfər 44», «Ərkivan» və «VT Gəncə»dən gedir.

Cəlilabad, Masalllı və Gəncə təmsilçiləri yenidən Region Liqasında yarışacaq.

Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Ərgünəş“, “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən”, ”Ümid” (Saatlı) və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"