Neymar: “Döyüşdə məğlub olduq, amma müharibə davam edir"

29 Aprel 2021 18:40 Çempionlar Liqası 448
Neymar: “Döyüşdə məğlub olduq, amma müharibə davam edir"

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə 1:2 hesabı ilə uduzduqları ilk oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, özünün "İnstaqram" hesabında bununla bağlı yazıb:

“Döyüşdə məğlub olduq, amma müharibə davam edir. Komandamıza güvənirəm, daha yaxşı ola biləcəyimizə inanıram. Davam et, PSJ! 1 faiz şans, 99 faiz inam".

Bu komandalar arasında cavab oyunu mayın 4-ü keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti