Azərbaycanlı futbolçuya 4 dəqiqə inandılar - VİDEO

30 Noyabr 2020 17:20 Bizimkilər 648
Azərbaycanlı futbolçuya 4 dəqiqə inandılar - VİDEO

Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Tambov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 4:0.

Azər də bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb. “Ufa” 16 oyuna topladığı 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!