Millimizin vingeri bu ölkədə yenə nə etdi?

21 Aprel 02:20 Bizimkilər 1 784
Millimizin vingeri bu ölkədə yenə nə etdi?

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" Niderland 1-ci ivizionunda 35-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Den Haaq"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Ozan Can da bu görüşdə iştirak edib. 25 yaşlı yarımmüdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 56-cı dəqiqədə komandasının bərabərlik qolunun ötürməsini verib.

"Eyndhoven" hazırda turnir cədvəlində 39 xalla 15-ci, "Den Haaq" 59 xalla 5-cidir.

.C.Kökçü 34-cü turda da qol ötürməsi ilə yadda qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti