"Musa İsveç çempionatına yavaş-yavaş uyğunlaşır"

20 Sentyabr 2023 09:20 Bizimkilər 979
"Musa İsveç çempionatına yavaş-yavaş uyğunlaşır"

"Kalmar"ın məşqçisi Emin Nuri sportal.az açıqlama verib.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis onun komandasına rəqib olan Azərbaycan millisinin hücumçusu, "Yurqorden"in forvardı Musa Qurbanlı barədə fikirlərini bildirib.

“Yurqorden” 23 oyundan sonra 40 xalla 4-cü, “Kalmar” isə 33 xalla 8-cidir. O, yığmamızın forvardı haqda xoş sözlər deyib:

"Musa İsveç çempionatına yavaş-yavaş uyğunlaşır. Ona tam adaptasiya olması üçün zamana ehtiyacı var.

Hər bir futbolçu yeni komanda ilə müqavilə imzalayanda, ona öyrəşməlidir. Yeni gəlməsinə baxmayaraq, Musa artıq "Yurqorden"də qollarını vurur, komandaya kömək edir.

Görünür ki, onun adaptasiyası daha tez keçdi. Fikrimcə, Musa keyfiyyətli forvarddır və burada özünü sübut edəcək.

Gənc, enerjili və çox istəkli biridir. Ona görə də Musanın “Yurqorden”də uğurlu olacağını düşünürəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı