Musa Qurbanlı ayrılır: "Belə gözləmirdim, mənim üçün sürpriz oldu"

25 Aprel 2024 12:40 Bizimkilər 5 696
Musa Qurbanlı ayrılır: "Belə gözləmirdim, mənim üçün sürpriz oldu"

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı mövsümün sonunda “Yurqorden”dən ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu bu barədə "Fotbollskanalen" nəşrinə açıqlamasında bildirib.

Forvard mövsümün sonunda komandasını dəyişə biləcəyini istisna etməyib:

"Mövsümün belə başlayacağını gözləmirdim. Sürpriz oldu.

İndi "transfer pəncərəsi" bağlıdır və heç nə edə bilmərik. Yayda nələr olacağını birlikdə görəcəyik.

Hansı variantın yaxşı olacağına baxacağıq. Gəncəm və qarşımda uzun karyera var".

Musa Qurbanlı cari mövsüm İsveç çempionatında cəmi 1 oyunda şans qazanıb və 20 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!