Şahruddin "Beşiktaş"la matçda "ŞİR"Ə DÖNDÜ - VİDEO

24 Yanvar 2024 00:30 Bizimkilər 5 477
Şahruddin "Beşiktaş"la matçda "ŞİR"Ə DÖNDÜ - VİDEO

Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Beşiktaş"la qarşılaşıb.

Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Şahruddin sona qədər oynayıb.

O, matçın 48-ci dəqiqəsindən azlıqda qalan Adana təmsilçisini bir neçə epizodda qoldan xilas edib. Şahruddin bu görüşdə ümumilikdə 6 seyv etməklə matçın ən yaxşı oyunçusu olub.

Bu nəticədən sonra "Adana Demirspor" 31 xalla 6-cı, "Beşiktaş" 36 xalla 4-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti