Həsrəti məğlub edən Pərvizin sifəti dəhşətli halda - FOTOLAR

13 Avqust 2024 02:40 Bizimkilər 819
Həsrəti məğlub edən Pərvizin sifəti dəhşətli halda - FOTOLAR

unan-Roma güləşi üzrə 67 kq çəki dərəcəsində Ukraynanı təmsil edən azərbaycanlı Pərviz Nəsibov 2024-cü il Olimpiadasının finalına yüksəlib.

Sportinfo.az xəbər verir ki, onun Azərbaycan idmançısı Həsrət Cəfərova qarşı yarımfinal mücadiləsi son dərəcə çətin keçib.

Döyüşün əvvəlində rəqiblər başlarına zərbələr endiriblər ki, bu da ukraynalının üzündə kəsiklər, eləcə də Cəfərovun burnunun qanamasına səbəb olub.

Bundan başqa, Pərvizin göz ətrafında ciddi hematoma əmələ gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!