Türkiyədə gündəm: Qurban Qurbanov "Beşiktaş"a nə cavab verəcək? - VİDEO

15 Aprel 14:00 Bizimkilər 755
Türkiyədə gündəm: Qurban Qurbanov "Beşiktaş"a nə cavab verəcək? - VİDEO

"Beşiktaş" 2 gün öncə baş məşqçisi Fernandu Santuş ilə yollarını ayırdı.

Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

Beləlklə, bu ilin yanvarında "Beşiktaş"a baş məşqçi təyin edilən Santuşun Türkiyədə fəaliyyəti cəmi 3 ay çəkib.

"Qara qartal" onun rəhbərliyi altında 7 qələbə qazıb, 4 heç-heçə edib və 5 görüşdə uduzub. "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Santuş "Portu", PAOK, AEK, "Panatinaikos", "Sportinq", "Benfika"nı, həmçinin Yunanıstan, Portuqaliya və Polşa millisini çalışdırıb. Portuqaliya Santuşun rəhbərliyi alıtnda Avro-2016-nın qalibi olub.

İstanbul klubunu kimin çalışdıracağı indi Türkiyə ictimaiyyətində geniş müzakirə olunur. Media hər gün bir namizədin adını yazır. Variantlardan biri də Qurban Qurbanovdur.

"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov bu haqda yerli pressaya danışıb.

"Sabah" nəşrinə açıqlama verən tanınmış azərbaycanlı jurnalist onun "Qarabağ"dan ayrılmaq ehtimalının inandırıcı olmadığını bildirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU