Millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Emrelinin komandası Bundesliqa təmsilçisi “Maynts”la qarşılaşıb.
Hər biri 30 dəqiqədən ibarət olan 4 hissəli matç “Maynts”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb.
Bu, “Kayzerslautern”in ikinci yoxlama oyunudur. Komanda əvvəlki görüşdə “Sandhauzen”ə 5:3 hesabı ilə qalib gəlmişdi.
Emreli həmin görüşdə bir hissə meydanda olmuşdu. Sözügedən matç da hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət

