Elçin və üç azərbaycanlı Çempionlar Liqasına təyinat aldı

17:20 Bizimkilər 104
Elçin və üç azərbaycanlı Çempionlar Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, II təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” və Şimali İrlandiyanın “Larn” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Шyulun 29-da Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti