ÇL-də mərhələ adladı - Azərbaycanlı legionerin komandası

17 İyul 03:40 Bizimkilər 687
ÇL-də mərhələ adladı - Azərbaycanlı legionerin komandası

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin bütün oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Albaniya çempionu Moldovada 1:1 oynadığı “Petrokub”u evdə 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu görüşdə Əliyev meydana çıxmayıb. Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qadağa qoyulmuşdu.

O, “Eqnatiya”nın yeni mövsüm hazırlığına qatıla bilməyib. Əliyev iki gün öncə ölkəni tərk edə bilib.

Digər Xəbərlər
Xəbər Lenti