Türkiyənin aşağı liqa klubu bizim forvardı heyətinə qatmaqda iddialıdır

16 İyul 13:20 Bizimkilər 1 051
Türkiyənin aşağı liqa klubu bizim forvardı heyətinə qatmaqda iddialıdır

Azərbaycan millisinin forvardı Renat Dadaşov Türkiyəyə geri qayıda bilər.

Sportinfo.az xəbər verir ki, Türkiyə 1-ci liqasında yarışan "Vansspor" Dadaşovu heyətinə qatmaqda iddialıdır.

Əgər Türkiyə klubu Renatın maliyyə şərtlərini qarşılayarsa, keçid baş tuta bilər. Danışıqlar müsbət yekunlaşmasa, millinin forvardı digər təklifləri dəyərləndirəcək.

Millimizin forvardı hazırda klubsuzdur.

27 yaşlı hücumçu “Eştoril”, “Vulverhempton”, “Pakoş Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak”, “Motor” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM