Millimizin hücumçusu kənardan izlədi, komandası lideri məğlub etdi

08:50 Bizimkilər 140
Millimizin hücumçusu kənardan izlədi, komandası lideri məğlub etdi

Polşa Ekstraklasasında 26-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" öz meydanında çempionatın lideri “Zaqlebie”ni qəbul edib.

Matç həmyerlimizin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Motor”a 3 xal qazandıran yeganə qolu görüşün 52-ci dəqiqəsində Mbaye Ndiaye vurub.

Renat Dadaşov sarı vərəqə cəzalısı olduğu üçün bu matçda iştirak etməyib.

Son beş turda dördüncü qələbəsini qazanan “Motor” xallarının sayını 37-ə çatdırmaqla turnir cədvəlində altıncı pilləyə yüksəlib. Renatın komandası liderdən cəmi 4 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti