MLS-də 4-cü turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Nəriman Axundzadənin transfer olduğu "Kolambus Kru" doğma meydanda "Neşvill"i qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”dan alınan hücumçu bu matçda iştirak etməyib. Azərbaycan millisinin forvardı ehtiyatda qalıb.
Dörd turdan sonra 2 xal toplayan "Kolambus Kru" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

