Yığmamızın hücumçusu “qol orucu” tutdu, üçüncü qələbəni qazandılar

08:50 Bizimkilər 79
Yığmamızın hücumçusu “qol orucu” tutdu, üçüncü qələbəni qazandılar

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 25-ci turda "Termalika"nın qonağı olub və qələbə qazanıb.

Dadaşov görüşün 75-ci dəqiqəsində - komandası hesabda 2:1 öndə olarkən Karol Czubakın əvəzinə meydana çıxıb.

Son 4 turda üçüncü qələbəsini qazanan "Motor" turnir cədvəlində altıncı pilləyə yüksəlib. Renatın komandası lider “Zaqlebie”dən cəmi 7 xal geri qalır.

"Termalika" - "Motor" 1:2
Qollar:
Kristof Kubica, 17 (1:0), Karol Czubak, 30-pen. (1:1), Bartosz Volski, 36 (1:2)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti