Millimizdə oynamaq təklifindən imtina etdi, yeni qərar verdi

10 Mart 02:10 Bizimkilər 2 316
Millimizdə oynamaq təklifindən imtina etdi, yeni qərar verdi

Vaxtiə AFFA-nın milli komandamıza cəlb etmək istədiyi Jiloan Hamad futbolçu karyerası ilə bağlı yekun qərar verib.

Sportinfo.az xəbər verir ki, əslən İraqdan olan Hamad peşəkar futbolçu karyerasını yekunlaşdırıb.

O, istədiyi təklifi almadığı üçün bu cür addım atıb. Qeyd edək ki, 1990-cı ildə Bakıda dünyaya gəlmiş futbolçu İsveç yığmasında oynasa da, sonra İraq Futbol Federasiyasından gələn təklifi qəbul edərək, bu komandada rəsmi matçlara çıxıb.

Berti Foqtsun zamanında AFFA-dan dəvət almış Hamad bunu geri çevirmişdi. O, karyerası ərzində "Forvard", "Malmö", "Hammarbü", "Örebro"(hamısı İsveç), "Hoffenhaym"(Almaniya), "Standard"(Belçika), "İnçeon Yunayted"(Cənubi Koreya), "Qoritsa"(Xorvatiya), "Əl-Xolod"(Səudiyyə Ərəbistanı), “Utai Tani”(Tailand), "Lee Man"(Honq Konq), "Zaxo"(İraq) klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq