"Prezident İlham Əliyevin fikirləri açıq bir mesajdır"

8 Mart 07:10 Bizimkilər 534
"Prezident İlham Əliyevin fikirləri açıq bir mesajdır"

"Prezident İlham Əliyevin fikirləri açıq bir mesajdır".

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatlarına toxunarkən deyib.

“Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni müzakirə etdik. İran tərəfi məsələni ciddi şəkildə araşdırmağa söz verdi, biz də nəticələri gözləyirik”.

C.Bayramov həmçinin bildirib ki, dövlət başçısı ötən gün baş verən dron hücumu ilə bağlı müvafiq tapşırıqlar verib:

“Artıq hadisə ilə bağlı diplomatik addımlar atılıb, nota verilib, həmkarımla telefon danışığımız olub. Artıq məsələ ilə bağlı İran tərəfindən araşdırmanın başladılması ümumi prosesdir. Azərbaycanın təhlükəsizliyi yüksək səviyyədə dövlət başçısının nəzarəti altındadır”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!