Hüseynov 90 dəqiqə oynadı, "Arda" qələbə qazandı

8 Aprel 2024 03:20 Bizimkilər 808
Hüseynov 90 dəqiqə oynadı, "Arda" qələbə qazandı

Bolqarıstan çempionatında 28-cü turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda Sofiya "Slaviya"sını qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 80ci dəqiqədə sarı vərəqə görüb.

28 turdan sonra 39 xal toplayan "Arda" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!