Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTOLAR

13 Fevral 08:10 Bizimkilər 430
Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTOLAR

Rusiya-Ukrayna müharibəsi zonasında daha bir azərbaycanlı həlak olub.

Cəlilabad rayon Şatırlı kənd sakini 1999-cu il təvəllüdlü Əmənov Hicran Dərya oğlunun cənazəsi ölkəyə gətirilib. O, doğulduğu kənddə dəfn ediləcək.

Bildirilib ki, Rusiyanın Kazan şəhərində yaşayan Hicran Əmənov orada həbsə düşüb. Lakin daha sonra müharibəyə getmək şərti ilə həbs müddəti ləğv edilib.

Rusiya ordusu sıralarında döyüşlərdə iştirak edən Hicran bir müddət əvvəl həlak olsa da, nəşi cəbhə xəttində qalıbmış.

O, ailəli olub, bir övladı var.


Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 08:20 Qeyrət üçün 50 manat