Türkiyə I Liqasında II turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Ankara Keçiörengücü"ü ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 28 yaşlı futbolçu matça start heyətdə başlayıb. Təcrübəli oyunçu 55-ci dəqiqədə əvəzlənib.
2 turdan sonra maksimum nəticə göstərən "Bandırmaspor" "Kocaelispor"la birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.

