Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev yeni klubu “Bandırmaspor” Türkiyə 1-ci liqasında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda 2-ci turda səfərdə "Keçiörengücü" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
C.Diniyev start heyətdə meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib.
"Bandırmaspor" 2 turdan sonra 6 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

