Millimizin sabiq hücumçusu yeni mövsümdə qol hesabını açdı

12 Avqust 2024 02:40 Bizimkilər 586
Millimizin sabiq hücumçusu yeni mövsümdə qol hesabını açdı

Almaniyada Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) “Moyzelvits” üzərində qələbə qazanıb (4:0).

Dadaşov oyuna start heyətində çıxıb və sona qədər oynayıb. 83-cü dəqiqədə o, komandasının dördüncü qolunu vurub.

Hazırda “Dinamo” dörd xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Bu, berlinlilərin yeni çempionat mövsümündə ilk qələbəsidir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da