"Neftçi"dən ayrılan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu bəlli olub.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək.
O, "Cohor Darul Takzim" ilə 1 illik müqavilə imzalayıb.
Eddi İsrafilov 2022-ci ilin yanvar ayından 2024-cü ilin iyununadək "Neftçi"də çıxış edib.
Təcrübəli futbolçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 71 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.